Cordinor

Dəstək

İş vaxtı uçotu — giriş-çıxış, mola, məzuniyyət, növbə və tabel.

İş saatıB.e.–Cümə, 09:00–18:00 (GMT+4)
Cavab müddəti1 iş günü
ÜnvanH.Mirzayev, Nərimanov, Bakı 1052, Azərbaycan

Tez-tez verilən suallar

Necə hesab açıram?

Cordinor şirkətlər üçündür — hesabı işəgötürən açır. İşçisinizsə giriş məlumatını (telefon nömrəsi və şifrə) kadrlar bölməniz verir. Şirkətiniz üçün hesab açmaq istəyirsinizsə bizə yazın.

Giriş edə bilmirəm

Telefon nömrəsinin ölkə kodu ilə düzgün yazıldığını yoxlayın. Şifrəni unutmusunuzsa kadrlar bölməsi paneldən sıfırlaya bilər. Xəta mesajı görürsünüzsə onun ekran şəklini bizə göndərin.

«Məkan tapılmadı» və ya giriş qeydə düşmür

Ayarlar → Cordinor → Məkan bölməsində icazənin verildiyini yoxlayın. Bina içində GPS zəif ola bilər — pəncərəyə yaxın yenidən cəhd edin. İş yeriniz sistemə əlavə olunmayıbsa kadrlar bölməsi məkanı əlavə etməlidir.

Üz tanıma işləmir

Kameraya icazə verilməlidir (Ayarlar → Cordinor → Kamera). İşıq üzünüzə düşsün, telefonu göz səviyyəsində tutun, eynək və maskanı çıxarın. Görünüşünüz köhnə qeyddən çox dəyişibsə kadrlar bölməsi qeydi sıfırlayıb yenidən yazdıra bilər.

Bildirişlər gəlmir

Ayarlar → Bildirişlər → Cordinor bölməsində icazənin açıq olduğunu yoxlayın. Enerjiyə qənaət rejimi bildirişləri gecikdirə bilər.

Qeydimdə saat səhv görünür

Saatlar şirkətinizin saat qurşağı ilə göstərilir — telefonun qurşağı fərqli olsa da qeyd sürüşmür. Yenə fərq görsəniz qeydin ekran şəklini göndərin.

Məlumatımın silinməsini istəyirəm

Qeydlərin sahibi işəgötürəninizdir — əvvəlcə kadrlar bölməsinə müraciət edin. Cavab almasanız info@cordinor.com ünvanına yazın; sorğunu 30 gün içində icra edirik. Ətraflı: Məxfilik siyasəti.


Destek (Türkçe)

E-posta: info@cordinor.com · Telefon: +994 50 555 14 38 · Pzt–Cum 09:00–18:00 (GMT+4), yanıt süresi 1 iş günü.

Cordinor işletmeler içindir; hesabı işvereniniz açar. Giriş bilgilerinizi İK biriminiz verir. Konum veya yüz doğrulama sorunlarında Ayarlar → Cordinor bölümünden konum ve kamera izinlerini kontrol edin. Verilerinizin silinmesi için önce İK'ya, sonuç alamazsanız yukarıdaki e-postaya yazın.


Support (English)

Email: info@cordinor.com · Phone: +994 50 555 14 38 · Mon–Fri 09:00–18:00 (GMT+4), reply within 1 business day.

Cordinor is a workplace product: your employer creates the account and your HR team issues your sign-in details. For location or face-verification problems, check Settings → Cordinor → Location and Camera permissions. For data deletion, contact your employer's HR first; if unresolved, email the address above. See the Privacy Policy.